Dünya

Rusiya ordusu qondarma respublikanın qərb sərhədinə çatdı

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində irəliləyişini davam etdirir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, Rusiya qüvvələri “Donetsk Xalq Respublikası”nın qərb sərhədinə çatıb. Nazirliyin bəyanatında qeyd olunub ki, Rusiya silahlı qüvvələrinin “Mərkəz” və “Vostok” (Şərq) hərbi qruplaşmalarının bölmələri “Donetsk Xalq Respublikası”nın qərb sərhədinə yerləşib. Ukrayna ordusunun itkiləri 1275 əsgər, bir tank və 10 zirehli döyüş maşını təşkil edib.
Ukraynada 147 nöqtəyə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücum nəticəsində PUA emalatxanaları və anbarları, kəşfiyyat idarəetmə mərkəzləri, uzaq mənzilli PUA idarəetmə mərkəzləri, sursat və pilotsuz hücum kater anbarları və Ukrayna əsgərlərinin və hərbi texnikasının cəmləşdiyi yerlərin məhv edildiyi irəli sürülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button