Dünya

Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyadda növbəti görüşü başlayıb.

Rusiya və ABŞ nümayəndələri Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlayıblar.

AZERFAX.az Rusiyanın TASS informasiya agentliyinə istinadən xəbər verir ki, görüş The Ritz-Carlton otelində keçirilir.

Səudiyyə Ərəbistanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları jurnalistlərdən otelin ərazisini tərk etməyi xahiş ediblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, məsləhətləşmələrin mövzusu Qara dəniz taxıl təşəbbüsünün bərpası olacaq. Belə razılaşmalar Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə olunub. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təsdiq edib ki, nümayəndə heyətləri Qara dənizdə hərbi əməliyyatların dayandırılması məsələsinə diqqət yetirəcəklər. O qeyd edib ki, danışıqların növbəti mərhələsində Rusiya və ABŞ atəşkəs rejiminin yoxlanılması, sülhməramlı kontingent, ərazilərin mülkiyyəti ilə bağlı məsələləri müzakirə edəcək.

Danışıqlar ərəfəsində ABŞ liderinin xüsusi nümayəndəsi Steven Witkoff bildirib ki, ABŞ Ər-Riyaddakı məsləhətləşmələr zamanı, o cümlədən Qara dənizdə atəşkəs məsələsi üzrə “real irəliləyiş” əldə etməyi gözləyir. Bundan sonra əsas istiqamət, “təbii ki, tam atəşkəsə doğru hərəkət olacaq” deyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button