Rusiya və Tacikistan hərbi əməkdaşlığı gücləndirəcək

AZERFAX.az xəbər verir ki, birgə bəyanata əsasən, iki ölkə Tacikistandakı 201-ci Rusiya hərbi bazasının potensialından istifadə edərək hərbi əməkdaşlığı intensivləşdirməyi planlaşdırır. Bildirilir ki, birgə bəyanat strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur. Bəyanatda deyilir ki, tərəflər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə 201-ci Rusiya hərbi bazasının potensialından istifadə edərək hərbi və hərbi-texniki sahədə əməkdaşlığı intensivləşdirmək niyyətindədirlər.
Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Tacikistandakı 201-ci Rusiya hərbi bazasının Tacikistanda və bütövlükdə regionda təhlükəsizliyin təminatçısı olduğunu bəyan etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.