Dünya

Tramp Nobel Sülh Mükafatını Maçadodan qəbul etdi

ABŞ Prezidenti Donald Tramp Nobel sülh mükafatı medalını alıb. Mükafatı ona Venesuela müxalifətinin lideri Mariya Korina Maçado təqdim edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Maçado bildirib ki, cümə axşamı keçirilən görüş zamanı Nobel Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təqdim edib. O, Trampın mükafatı qəbul edib-etməməsi ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub.

“The Washington Post” qəzetinin yazdığına görə, o, Trampın rəğbətini qazanmaq üçün bu “fövqəladə addımı” atıb.

Daha əvvəl bildirilirdi ki, Maçado və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Trampın xeyrinə mübarizə aparırlar . Siyasətçilər “gözlənilməz adamı” Venesuelanın keçid dövrünə rəhbərlik etmək üçün doğru insanlar olduğuna inandırmağa çalışırlar.

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadodan qəbul edib.

“Fox News” televiziyasının aparıcısı Bret Baierin sözlərinə görə, Maçado medalı Trampa təqdim etməkdə israr edib.

Related Articles

Bir cavab yazın

Back to top button