Dünya

Tramp Rusiyanı təcavüzkar adlandırdı

ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsində Rusiyanı açıq şəkildə təcavüzkar adlandırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Tramp jurnalistlərlə söhbətində hər iki tərəfin itkilərindən danışarkən bildirib:

“Bu həftə hər iki ölkədən 8 min əsgər həlak olub. Rusiyadan bir qədər çox. Amma sən təcavüzkarsansa, daha çox itki verirsən”.

Qeyd edək ki, Tramp əvvəllər Rusiyanın işğalını qınamaqdan imtina etmiş, administrasiyası isə BMT və G7-nin Moskvaya qarşı bəyanatlarına qarşı çıxmışdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button