Dünya
Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq

Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhəd çox yaxında açılacaq
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, artıq tarix də məlum olub.
Belə ki, Ankara sərhəd-keçid məntəqəsinin cari ayın sonuna qədər açılmasını planlaşdırır.
Məlumata görə, bununla əlaqədar olaraq Türkiyənin İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara keçidində iş aparılır.
İğdır valisi Erkan Turan da bu barədə məlumatları təsdiqləyib və hazırlıq prosesinin fasiləsiz davam etdiyini vurğulayıb.



