Dünya

Türkiyədən vətəndaşlara çağırış – Bu bölgəyə getməyin

Türkiyənin Tripolidəki səfirliyi paytaxt Tripoli və ətraf ərazilərdə baş verən müharibə əlaqədar Türkiyə vətəndaşlarına çağırış edib.

AZERFAX.AZ xəbər verir ki, çağırışda Türkiyə vətəndaşlarına Liviyaya səyahətdən çəkinmələri barədə xəbərdarlıq edilib. Açıqlamada deyilir ki, Tripoli və ətraflarında baş verən müharibə ilə bağlı Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi bütün vətəndaşlara evdə qalmaq barədə xəbərdarlıq edib. Bəyanatda Liviyadakı Türkiyə vətəndaşlarına ehtiyatlı olmaları, evdə və ya müvəqqəti qaldıqları yerlərdə qalmaları, Tripoli, Misrata və ətraf ərazilərə şəkildə səyahət etməmələri tövsiyə edilib.
Qeyd edək ki, Tripolidəki milis qruplarından olan Sabitliyə Dəstək Birliyinin lideri Əbdülqani əl-Kiklinin öldürülməsindən sonra paytaxtda toqquşmalar baş verib. Hökumət Müdafiə Nazirliyinə aid briqadanın Tripolinin Əbu Səlim bölgəsindəki Sabitliyə Dəstək Birliyinin qərargahını ələ keçirərək bölgəni nəzarətə götürdüyünü açıqlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button