Dünya
Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi

Venesuelanın paytaxtı Karakasda Prezident sarayının yaxınlığında atışma səsləri eşidilib. AZERFAX.az
xəbər verir ki, yerli media təhlükəsizlik qüvvələrinin sarayın ətrafında icazəsiz uçan naməlum pilotsuz uçuş aparatlarına (PUA) atəş açdığını bildirir. PUA-ların hava hücumundan müdafiəni işə saldığı ehtimal edilir.
Hadisə bölgəsində dövlət qurumlarının təxliyyə edildiyi də yayılan məlumatlar arasındadır.
Vəziyyətin nəzarət altında olduğu bildirilsə də, silah səsləri səbəbindən vətəndaşlar arasında təşviş yaşanıb.



