Dünya
Venesuelanın müdafiə naziri ABŞ-ın əməliyyatında ölən və yaralananların sayını açıqladı

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat nəticəsində 83 nəfər ölüb, 112-dən çox insan yaralanıb.
AZERFAX.AZ xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı doqquzu qadın olmaqla 47 Venesuela hərbçisi həlak olub.



