Dünya
Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.
“NATO-nun Baş katibi Mark Rutte ilə söhbətim oldu. Hazırkı vəziyyəti, birgə növbəti addımları və Rusiyaya təzyiq etmək zərurətini müzakirə etdik”, – o deyib.
Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmaslarının təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.