Ölkə

Azərbaycanlı hakimlər pley-off oyunlarına təyinat aldılar


Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA tərəfindən yeni təyinat alıblar.


AZERFAX.AZ xəbər verir ki, hər iki hakim Konfrans Liqasının pley-off mərhələsində oyunlara rəhbərlik edəcək.

Əliyar Ağayev Slovakiyada baş tutacaq “Polesye” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək, dördüncü hakim isə Kamal Umudlu olacaq.

Elçin Məsiyev isə Sloveniyada keçiriləcək “Selye” – “Banik Ostrava” (Çexiya) qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq.

Hər iki oyun avqustun 21-də oynanılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button