Gəncənin 16 saylı məktəbində “Son zəng” çalındı

Bu gün bütün Azərbaycanda olduğu kimi Gəncənin orta ümuntəhsil məktəblərində də “Son zəng” çalınıb. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, 2025–2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX siniflərini 8 341, XI siniflərini isə 6 583 nəfər olmaqla, ümumilikdə 14 924 şagird başa vurur.
İyunun 13-də M.Ş. Vazeh adına 16 saylı orta məktəbdə də XI -cilər üçün “Son zəng” tədbiri təşkil olunub.
Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra Dövlət himni səsləndirildi.
Sonra çıxış edən məktəbin direktoru Elnurə Yusifova bu bu il məzun adını qazanan şagirdləri təbrik edərək qeyd edib ki, ölkəmizdə təhsil və tədris dövlət başcısı Cənab İlham Əliyevin və vitse Prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğının sayəsində günü gündən inkişaf edir, müasirləşir və modernləşir:
“Azərbaycanda təhsil sisteminin inkişafı və modernləşməsi dövlət siyasətinin ən mühüm strateji prioritetlərindən biridir. Son illərdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar milli təhsilimizin beynəlxalq standartlara inteqrasiya etməsini və rəqəmsal əsrə uyğunlaşmasını təmin edir. Biz böyük qürur hissi keçiririk ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ən müasir “smart” məktəblər qurulur, bu il ilk dəfə olmaqla onlarla bərpa edilmiş məktəbdə “Son Zəng” sədaları ucalır” deyə E. Yusifova əlavə edib.
Digər çıxış edənlər də məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu etdilər.
Sonra məktəbin fərqlənən şagirdlərinə və sinif rəhbərlərinə diplomlar təqdim olundu, xatirə şəkilləri çəkildi.
Tədbir məzunların hazırladığı bədii hissə ilə davam etdirildi.












