Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı

Ermənistanın Aparan bölgəsindəki on bir kənd işıqsız qalıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ermənistan Elektrik Şəbəkələrinin məlumatına görə, ildırım yerli yarımstansiyaya ziyan vurub və kəndlər bu səbəbdən elektrik enerjisiz qalıb.
“Dünən saat 18:16-da Alagyoz yarımstansiyasına (gücü: 35/10 kV) ziyan dəyib. Nəticədə Rya Taza, Mirak, Melik, Miçnatun, Sipan, Avşen, Alagyoz, Qeqarot, Tsilkar, Lernapa və Camşlu kəndlərində (bu kəndlərin əksəriyyətində yezidi kürdləri yaşayır – red.) elektrik kəsilib.
Bu səhər saat 06:00-da isə zədələnmiş transformatorun dəyişdirilməsi üçün işlərə başlanılıb. İşin yaxın bir neçə saat ərzində başa çatdırılması planlaşdırılır”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, 11 iyunda Çarensavan şəhəri yaxınlığında Yerevan-Sevan magistral yolunda ildırım düşməsi körpünün uçmasına səbəb olmuşdu.



