“Xoşbəxt deyiləm” – “Fənərbağça”lı ulduz futbolçu


Türkiyənin “Fənərbağça” klubunda çıxış edən belçikalı ulduz Romelu Lukaku səs-küylü açıqlamalar verib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, təcrübəli hücumçu UEFA Çempionlar Liqasının IV turunda “Liverpul”a qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında komandasının hazırkı vəziyyətindən narazı olduğunu bildirib.
Lukaku fiziki baxımdan özünü yaxşı hiss etdiyini, lakin komanda olaraq daha da inkişaf etməli olduqlarını vurğulayıb.
“Fənərbağça”nın hazırda qələbə qazana bilmədiyini deyən futbolçu bu vəziyyətin onu məyus etdiyini gizlətməyib:
“Fənərbağça hazırda qalib gələ bilmir. Buna görə xoşbəxt deyiləm, klub da xoşbəxt deyil. Oyunları uduzmağı sevmirəm. Komanda və klub üçün daha çox çalışmağa davam edəcəyik. Nə etməli olduğumuzu bilirik. Növbəti matçlarda daha yaxşı olmaq üçün çalışacağıq”.
Belçikalı hücumçu “Liverpul”la qarşılaşmanın çətin keçəcəyini də qeyd edib. O, komandasının Avropa səviyyəsində öz keyfiyyətini göstərmək istədiyini bildirib.
Lukaku “Göztəpə” ilə oyunda komandanın potensialını nümayiş etdirdiyini, lakin bu performansın davamlı olmasının vacibliyini söyləyib.
Təcrübəli futbolçu baş məşqçi İsmail Kartalın komandadan ayrılmasına da münasibət bildirib. O, bu qərarın üzücü olduğunu deyərək, Kartala təşəkkür edib.
Lukaku azarkeşlərin dəstəyinə inandığını və bundan sonra məsuliyyəti futbolçuların üzərinə götürməli olduğunu vurğulayıb.



