Ölkə

İstanbulda futbol gecəsi – “Qalatasaray” almanları əliboş göndərdi

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qalatasaray” azarkeşlərini sevindirən nəticəyə imza atıb. Türkiyə klubu doğma meydanda Almaniyanın “Ştutqart” komandasını 2:0 hesabı ilə məğlub edib.

AZERFAX.AZ xəbər verir ki, İstanbulda keçirilən görüşdə meydan sahibləri üstünlüyü ilk dəqiqələrdən ələ alıblar.

“Qalatasaray”ın qolları 12-ci və 15-ci dəqiqələrdə qeydə alınıb. Beləliklə, cəmi üç dəqiqə ərzində vurulan iki qol oyunun taleyini həll edib.

Qarşılaşmanın sonunadək hesab dəyişməyib və İstanbul təmsilçisi üç xalı aktivinə yazdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button