Ölkə

Mirzoyan və Kombos sazişləri müzakirə etdi


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kiprin xarici işlər naziri Konstantinos Kombos Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunan razılaşmaları müzakirə ediblər.

AZERFAX.AZ Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.


“Telefon danışığı zamanı həmsöhbətlər regional məsələlərə toxunublar. Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunmuş əsas razılaşmaları təqdim edib”, – nazirlikdən qeyd edilib.

Nazirlər həmçinin gələn ilin birinci yarısında Kiprin Aİ Şurasına sədrliyi nəzərə alınmaqla, Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button