İdman

Bavariyadan böyük hesablı qələbə

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2025-2026-cı il mövsümünə “Bavariya” – “Leyptsiq” oyunu ilə start verilib.

AZERFAX.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi qonaqları 6:0 hesabı ilə darmadağın edib.

Ev sahibləri Maykl Olise (27, 42) və Luis Diasın (32) qolları ilə fasiləyə 3:0 hesablı üstünlüklə yollanıblar.

İkinci hissədə Münxen təmsilçisinin ingilis legioneri Harri Keyn het-trik edib. O, 64-cü, 74-cü və 77-ci dəqiqələrdə qonaqların qapısına yol tapıb.

Xatırladaq ki, Bundesliqanın sonuncu mövsümü “Bavariya”nın çempionluğu ilə başa çatmışdı. Çempionatda 82 xal toplayan komanda ən yaxın rəqibi “Bayer Leverkuzen”i 13 xal qabaqlayaraq ilk sırada yer almışdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button