Ölkə
Gürcü futbolçu İspaniya nəhənginə transfer oldu

Gürcüstan millisinin üzvü Jorj Mikautadze İspaniya La Liqası təmsilçisi “Vilyarreal”a transfer olunub.
AZERFAX.AZ xəbər verir ki, ötən mövsümü Fransanın “Lion” komandasında keçirən 24 yaşlı hücumçunun keçidi “sarı sualtı qayıqlar”a 30 milyon avroya başa gəlib. O, yeni komandası ilə 2031-ci ilə qədər müqavilə bağlayıb.
Qeyd edək ki, Jorj Mikautadze “Lion”un heyətində bütün yarışlarda 47 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.