AZERFAX TV

Sobolenko onu tanımadı, gülməkdən yerə yıxıldı

Dünyanın bir nömrəli tennisçisi, belaruslu Arina Sobolenko fransız basketbolçu, “San Antonio”nun mərkəz oyunçusu Viktor Vembanyama haqqında suala gülüb.

AZERFAX.AZ xəbər verir ki, müsahib yalnız “Viktor Vembanyama” deyib və Sobolenko dərhal onun sözünün kəsərək soruşub: “O kimdir?”

Daha sonra jurnalistlər Arinaya Vembanyamanın kim olduğunu izah etməyə başlayıb və bu, dünyanın bir nömrəli oyunçusunu idarəolunmaz gülüşünə səbəb olub.

22 yaşlı Vembanyama 2023-cü ildən bəri NBA-da oynayır. Karyerası ərzində fransız iki dəfə liqanın “Ulduzlar Oyunu”nda oynayıb və həmçinin “İlin Yeni Oyunçusu” seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button