3 bürcün həyatında müsbət mərhələ başlayacaq


Astroloji proqnozlara görə, noyabrın ikinci yarısında bəzi bürclər üçün daha əlverişli dövr başlayacaq. Maddi çətinliklər, münasibətlərdəki problemlər və qeyri-müəyyənliklərlə mübarizə aparan bu bürclər qarşıdakı günlərdə rahatlıq tapa bilər.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, noyabrın 13-də Venera və Merkurinin retro hərəkətini başa vuraraq düz hərəkətə keçməsi bir sıra sahələrdəki qarışıqlığı aradan qaldıra bilər. Günəşin noyabrın 22-də Oxatan bürcünə keçməsi ilə bəzi bürclər üçün daha müsbət mərhələ başlaya bilər.
Oxatan
Son dövrlərdə keçmiş münasibətlər, maddi məsələlər və gələcək planları ilə bağlı çox düşünən Oxatanlar üçün rahatlıq dövrü başlaya bilər. Yarımçıq qalan söhbətlərin tamamlanması, sosial həyatın canlanması və özünəinamın artması gözlənilir. Ayın sonuna doğru karyera ilə bağlı məsələlər də sürətlənə bilər.
Əqrəb
Retrograd hərəkətlərin təsirini daha çox hiss edən Əqrəblər münasibətlərdə və şəxsi qərarlarda qeyri-müəyyənlik yaşamış ola bilər. Noyabrın 13-dən sonra ünsiyyət problemlərinin azalacağı, hisslərini daha rahat ifadə edə biləcəkləri ehtimal olunur. Ayın son günlərində yeni tanışlıqlar, iş əlaqələri və yarımçıq qalan layihələr gündəmə gələ bilər.
Qoç
Qoçlar üçün son dövr əsasən maddi məsələlər, keçmiş münasibətlər və yarımçıq qalan işlərlə yadda qalıb. Veneranın düz hərəkətə keçməsi ilə münasibətlərdə gərginliyin azalacağı və ətrafdakı insanlardan dəstək almağın asanlaşacağı gözlənilir. Günəşin Oxatan bürcünə keçməsi isə yeni ideyalar, təhsil və səyahət planları üçün əlverişli şərait yarada bilər.



