Mikrofonu bağlamağı unudan liderlər görün nədən danışdılar

Pekində keçirilən hərbi paradda maraqlı hadisə qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin söhbət edərkən mikrofon açıq qalıb. “Bloomberg” xəbər verir ki, liderlərin söhbəti eşdilib. Liderlər söhbət zamanı insan ömründən və biotexnologiyanın müasir imkanlarından bəhs ediblər. Si Cinpin insanların keçmişlə müqayisədə hazırda daha çox yaşadağını ifadə edib. Çin lideri insanların gələcəkdə 150 il yaşaya biləcəyini irəli sürüb.
Putin biotexnologiyanın imkanlarına toxunaraq, insanların orqanlarının dəyişdirilməsinin mümkünlüyünü ifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.