Ronaldu karyerasının 942-ci qolunu vurdu

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasının 942-ci qolunu vurub.
AZERFAX.AZ xəbər verir ki, Portuqaliya millisinin 40 yaşlı forvardı 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Ermənistan millisi ilə oyunda rəqib qapısına iki dəfə yol tapıb.
Qarşılaşma İrəvanda keçirilib və qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Ronaldu ümumilikdə “Real Madrid”in heyətində 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nasr”in heyətində isə 101 qol vurub. Hücumçu digər qollarını Lissabon “Sportinq”i və Portuqaliya millisinin heyətində vurub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.