Ölkə

Yağıntılı hava bu tarixə kimi davam edəcək


Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava gözlənilir. Sentyabrın 16-da səhər və axşam, sentyabrın 17-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.


Onun sözlərinə görə, bölgələrədə sentyabrın 18-dək havanın arabir yağıntılı olacağı gözlənilir:

“Bölgələrdə də sentyabrın 16-da əsasən, yağmursuz hava müşahidə olunsa da, gündüz saatlarından başlayaraq, ayın 18-i gündüzədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-i əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button