Krediti gecikdirən şəxslər diqqətli olsun! – video

AZERFAX.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimli deyir ki, əgər vətəndaş istehlak krediti götürübsə, bu zaman 5% əlavə cərimə təyin edilə bilər.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz gəlməklə biznes kreditlərinə sadəcə 9 faizə qədər gecikdirmə faizi tətbiq edilə bilər.
Cərimə faizləri də kredit müqavilələrində mütləq qeyd edilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur.
Daha ətraflı videoda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.