Yaponiya Fələstin dövlətini tanıya bilər

Yaponiya Fələstin dövlətini tanıya bilər.
AZERFAX.AZ xəbər verir ki, Yaponiyanın baş naziri İşiba Şiqeru belə açıqlama verib. O Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasındakı çıxışında İsrailin Qəzzaya hücumlarını qınayıb. O, bildirib ki, bu hücumlar iki dövlətli həllin əsaslarını təhdid edir və dayandırılmalıdır. İşiba HƏMAS-ı girovları azad etməyə çağırıb və bildirib ki, İsrail iki dövlətli həllə mane olmaq üçün addımlarını davam etdirərsə, ölkəsi Fələstin dövlətini tanıya bilər.
İşiba həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının strukturu da qlobal problemlərin həlli üçün adekvat deyil.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.