Ölkə

Sentyabrın 26-da qaz kəsiləcək – Bu ərazilərdə


Sabah Cəlilabad rayonunda 3 min abonentin qazla təchizatında fasilə yaranacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismar İdarəsi məlumat yayıb.


Bildirilib ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olacaq.

Bununla əlaqədar Cəlilabadın rayon mərkəzində qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı sentyabrın 26-da saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button