AZERFAX TV

Bakıda “Türk irsi dünya səhnəsində” mövzusunda dəyirmi masa keçirildi – video

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə “Türk irsi dünya səhnəsində” mövzusunda dəyirmi masa təşkil edib.

AZERFAX.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, mədəni irsin qorunması, onun gələcək nəsillərə ötürülməsi, ümumtürk şüurunun formalaşması və müasir türk insanının dünyagörüşü vasitəsilə bu irsin inkişaf etdirilməsi fondun başlıca missiyasıdır.

“Mədəniyyət və mənəvi dəyərlər xalqlarımızı birləşdirən, qarşılıqlı anlaşmanı möhkəmləndirən və bizi işıqlı gələcəyə aparan əsas körpüdür.
Bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsi, mənəvi sərvətlərin inkişafı və zənginləşdirilməsi üçün birgə səylərin göstərilməsi son dərəcə vacibdir.

Bu təşəbbüslər yalnız mədəni ənənələrin və özünəməxsusluğun qorunmasına deyil, eyni zamanda elmi, təhsil və yaradıcılıq sahələrində geniş əməkdaşlıq imkanlarının açılmasına xidmət edir. Tədbir barədə MissiyaTV-nın hazırladığı süjeti təqdim edirik:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button