Ölkə
Qəzzalılar viran qalmış məhəllələrinə qayıdır

İsrail ordusunun atəşkəsin qüvvəyə mindiyini açıqlamasından sonra Qəzza sakinləri evlərinə qayıtmağa başlayıb.
AZERFAX.AZ xəbər verir ki, qəzzalılar piyada olaraq viran qalmış məhəllələrinə qayıtmağa başlayıblar. İsrail ordusundan bəyan edilib ki, Rəfah keçidinə və Filadelfiya bölgəsinə yaxınlaşmaq sakinlər üçün təhlükəlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı 20 bəndlik təklif irəli sürmüşdü. HƏMAS və İsrail tərəfi təklifi qəbul edib. Ardınca tərəflər vasitəçilər vasitəsilə Misirdə danışıqlar həyata keçirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.