Ölkə
Bakının bu ərazisini qurdlar basdı

Bakıda daha bir ünvanda binaların həyətlərində qurdlar yayılıb.
AZERFAX.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektinin sakinləri deyirlər ki, vəziyyət o həddə çatıb ki, qurdlar artıq evlərə dolur.
Bu həyətdə bəzi ağacların sadəcə budaqları qalıb. Elə bizim də ayaq basdığımız hər yer bu həşəratlarla doludur:
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ərazi tərəfimizdən nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib.
Yaxın günlərdə dezinfeksiya işləri aparılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.