Ölkə
Mağazadan pul oğurlayan şəxslər saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.
AZERFAX.AZ xəbər verir ki, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



