Ölkə

Rusiya heç bir ərazini hədiyyə almayacaq


Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq.

AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


O deyib ki, indi Avropa ilə bağlı uzunmüddətli əməkdaşlığa və nəzərəçarpacaq nəticələrə ehtiyac var. “Demək olar ki, hər gün Avropa liderləri ilə ünsiyyətdə oluram. Bizim Avropa ilə Rusiyaya düzgün təzyiqlə bağlı ortaq mövqeyimiz var. Biz təcavüzkara heç nə verməyəcəyik və heç nəyi unutmayacağıq. Biz Rusiyanın uzunmüddətli təhlükə olduğunu açıq şəkildə görürük”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bu bəyanat Amerika Birləşmiş Ştatları mətbuatında Rusiya Prezidenti Vladimir Putinin Ukraynada ərazi güzəştlərinə getməyə hazır olması iddiası ilə bağlı yayılan xəbərlər fonunda verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button