Ölkə

Ağır qəza oldu – 3 nəfər öldü, 2 yaralı var


Şəkidə baş verən ağır qəzada 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

AZERFAX.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.


Hərəkətdə olan KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.

Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button