Ölkə

Daşkəsənin Quşçu-Çovdar-Çaykənd avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

Daşkəsən rayonunda yerləşən Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun 10 kilometrlik hissəsində əsaslı təmir işləri uğurla başa çatdırılıb. AZERFAX.az-ın məlumatına görə təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında “31 saylı Yol İstismar” MMC və 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində yolun bəzi hissələrində hərəkət zolaqları genişləndirilib, yağış və qrunt sularının yola zərər verməsinin qarşısını almaq məqsədilə müxtəlif diametrli suötürücü qurğular və beton kuvetlər quraşdırılıb.

Yol yatağının gücləndirilməsi və yeni asfalt örtüyünün salınması ilə aparılan yenidənqurma işləri nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button