Ölkə

Ukraynaya “Tomahawk” raketləri verməyi planlaşdırmıram


ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarük edilməsi ilə bağlı yeni açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, o, Kiyevi “Tomahawk” raketləri ilə dəstəkləmək planlarının olmadığını bildirib. Jurnalistlərin Vaşinqtonun Ukraynaya uzaq mənzilli “Tomahawk” raketlərinin göndərilməsi ehtimalını müzakirə edib-etmədiyi barədə sualına Tramp “Xeyr” cavabını verib.


Qeyd edək ki, bundan əvvəl Pentaqonun Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarükünə razılıq verdiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, Pentaqon razılığını bir müddət əvvəl keçirilən Donald Trampın Vladimir Zelenski ilə görüşündən əvvəl Ağ Evə çatdırıb. Lakin Tramp raketlərin Ukraynaya tədarük edilməsinə razılıq verməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button