Ölkə

Sabah qaz kəsiləcək – Bu ərazilərdə


Sabah Sumqayıt şəhərində 15 min abonentin qaz təchizatı dayandırılacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.


Qeyd olunub ki, Sumqayıt şəhər Saray körpüsü ərazisindəki yolda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar tikinti sahəsinə düşən və kənara köçürülmüş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması planlaşdırılır.

Bu məqsədlə noyabrın 6-da saat 8:00-dan etibarən işlər tamamlanana qədər Sumqayıt şəhərinin 16-cı, 17-ci, 20-ci və 21-ci mikrorayonlarında, həmçinin Corat qəsəbəsi, Corat bağları, 51 və 52-ci məhəllələr, Qurd dərəsi – Saray bağları ərazilərindəki 15 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qaz təchizatı işlər başa çatdıqdan dərhal sonra bərpa ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button