Ölkə

Dövlət qurumu ləğv edildi


Naxçıvan Muxtar Respublikasında daha bir dövlət qurumu ləğv edilib.

AZERFAX.AZ Modern.az-a istinadən xəbər verir ki, Muxtar Respublikanın Dövlət Energetika Xidməti ləğv olunub.

Qeyd edək ki, qurum 2017-ci ildə Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbov tərəfindən yaradılmışdı. Əsas vəzifəsi elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək idi.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatını “Azərişıq” həyata keçirəcək.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button