Sarı, yoxsa ağ? – Hansı yumurta daha faydalıdır?

Yumurta həm ağ, həm də sarısı ilə orqanizm üçün dəyərli qida mənbəyidir. Lakin bir çox insan üçün sual maraqlıdır: hansını yemək daha faydalıdır – sarısınımı, yoxsa ağını?
AZERFAX.AZ xəbər verir ki, mütəxəssislərin fikrincə, yumurtanın hər iki hissəsi özünəməxsus faydalar daşıyır. Yumurta ağı əsasən zülal (protein) mənbəyidir və az kalorilidir. İdmanla məşğul olanlar, pəhriz saxlayanlar üçün ideal seçimdir, çünki yağ və xolesterin tərkibi çox azdır.
Yumurta sarısı isə vitaminlər, minerallar və faydalı yağ turşuları ilə zəngindir. O, A, D, E, K vitaminləri, həmçinin dəmir, sink və selen kimi vacib elementlər ehtiva edir. Sarı hissə beyin fəaliyyəti və göz sağlamlığı üçün də mühüm rol oynayır.
Qidalanma mütəxəssisləri bildirir ki, sağlam insan üçün gündə 1 yumurta yemək təhlükəsiz və faydalıdır. Sadəcə xolesterin problemi olanlar üçün sarının miqdarına diqqət etmək tövsiyə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



