Ölkə
İdmançılarımız İslamiadada 6 növdə çıxış edəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 6 idman növündə çıxış edəcəklər.
AZERFAX.AZ xəbər verir ki, idmançılarımız cüdo, üzgüçülük, ağırlıqqaldırma, stolüstü tennis, voleybol və boksda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



