Ölkə

Bazarda baş verən yanğın söndürüldü


Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

22:21

Neftçala şəhərində bazar yanır.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button