“Bilirdim ki, qınayacaqlar” – Manaf Çimnazdan danışdı

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın dəfn mərasiminə qatılmayan şou-biznes nümayəndələrindən danışıb.
AZERFAX.AZ xəbər verir ki, müğənni “Rəngarəng” verilişində qonaq olarkən bu barədə açıqlama verib:
“Sabah mən də dünyamı dəyişəndə elə bilirsən hamısı orada olacaq? Biz beləyik. Çox söz deyərdim, amma efirdir. Bilirdim ki, ora getdiyim üçün qınanılacağam. Beşi yaxşı desə də, beşi pis deyəcək. Amma vicdan deyilən bir şey var. Əgər onunla çörək kəsibsənsə, vidalaşmalısan. Mən getməyə də bilərdim, hardan görəcəkdi, biləcəkdi? Amma insanın vicdanı və kişiliyi var.Onunla münasibətimiz yaxşı olub, salam-sağolumuz olub”, – deyə Manaf Ağayev bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.