ADY Zəngəzur dəhlizinə gedən dəmir yoluna dair məlumat yaydı

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə işləri 85%, tikinti isə 68% tamamlanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, “Böyük Qayıdış”ı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.
“Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti “dəmir köprü” olacaq”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



