Badamın heç bilinməyən faydaları: Həkimlər xəbərdarlıq edir

Gündə cəmi bir ovuc badam ürək-damar xəstəlikləri, şəkər riski və həzm problemlərinin qarşısını almaqda mühüm rol oynayır.
AZERFAX.AZ xəbər verir ki, tərkibindəki E vitamini, maqnezium və sağlam yağlar isə beynin fəaliyyətini gücləndirir, yaddaşı möhkəmləndirir.
Mütəxəssislər bildirirlər ki, badamın ən az bilinən xüsusiyyətlərindən biri də dərini qocalmadan qorumasıdır. Antioksidant təsiri sayəsində hüceyrələri yeniləyir, xərçəng riskini aşağı salır. Bundan əlavə, badam iştahı tənzimlədiyi üçün arıqlamaq istəyənlərə də tövsiyə olunur.
Həkimlər xəbərdar edir: badam faydalı olsa da, normadan artıq qəbul edilərsə allergiya və həzm narahatlığı yarada bilər. Buna görə də, gündə 10–15 dənədən artıq istifadə tövsiyə edilmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



