Rusiyadan 3-cü dünya müharibəsi iddialarına reaksiya

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında mümkün zirvə görüşü barədə danışıb.
AZERFAX. az xəbər verir ki, o, lazımi hazırlıqlar başa çatdıqdan sonra görüşün mümkün qədər tez keçiriləcəyinə ümid etdiklərini bildirib. Peskovun sözlərinə görə, Rusiya ABŞ-də Moskva ilə ticarət etməyə davam edən ölkələrə dair qanun layihəsi ilə bağlı prosesi izləyir və qanun layihəsinin qəbul edilməsi Rusiya tərəfinin reaksiyasına səbəb olacaq.
Almaniya müdafiə naziri Boris Pistoriusun Rusiya ilə NATO arasında müharibənin başlaya biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirən Peskov, “Bu cür militarist ritorika Avropa paytaxtlarında getdikcə daha çox eşidilir. Rusiya NATO ilə münaqişəni dəstəkləmir, qanuni maraqlarımızı təmin etmək üçün tədbirlər görmək məcburiyyətində qalırıq və bunu etməliyik”, – deyə bildirib.



