Ölkə

Kyurasao nağılı gerçək oldu


150000 əhalisi olan Kyurasao 2026-cı il Dünya Kubokuna vəsiqə qazanaraq tarixə düşüb.


AZERFAX.AZ xəbər verir ki, qrupun son matçında Yamayka ilə 0-0 heç-heçə edən Kyurasao tarixi uğura imza atıb. Oyuna əlavə edilmiş vaxtda hakim Yamayka lehinə penalti versə də, VAR-ın müdaxiləsindən sonra qərar ləğv edilib.

Qeyd edək ki, Kyurasao Hollandiyanın muxtar bölgəsidir. Kyurasao Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Milliyə məşhur məşqçi Dik Advokat rəhbərlik edir. Lakin Dik Advokat ailə problemləri səbəbindən matçdan əvvəl Hollandiyaya qayıdıb və həlledici matçda komandaya rəhbərlik edə bilməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button