Ölkə

Bu klubların baş məşqçiləri cəzalandırıldı


Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.


AZERFAX.AZ xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, “Şamaxı” isə 2000 manat cərimələnib.

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

29.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button