Bu ölkədə 267 min ada var

Dünyanın ən çox adası olan 10 ölkənin adı açıqlanıb. Soyahıya İsveç başçılıq edir. Bu ölkədə 267 min adam var.
AZERFAX.AZ xəbər verir ki, siyahıda iklinci yerdə Norveç qərarlaşıb. Norveçdə olan ada sayı 239 min əlli yeddidir.
Üçüncü yerin sahibi Finlandiyadır. Finlandiyada 179.854 ada var.
Kanadada 50 mindən çox ada var. Dünyanın ən böyük adalarından bəziləri, məsələn, Baffin adası bu ölkədədir.
Çili də adaları ilə tanınan ölkədir. Çilidə 43 471 ada var.
ABŞ-da isə 18 617 ada var.
İndoneziyada ada sayı 17 min beş yüzdür.
Yaponiya da adalar ölkəsi sayılır. Yaponiyada 14 125 ada var.
Avstraliyada 8 222, Böyük Britaniyada isə 6000 ada var.
Dünyadakı adaların çoxluğu coğrafi müxtəlifliyi və təbii formasiyaların zənginliyini nümayiş etdirir. İqlim və mədəniyyətdən tutmuş turizm və məskunlaşmaya qədər bir çox aspektə təsir edən adalar hər bir ölkənin təbiətində özünəməxsus yer tutur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



