Ölkə
Ağır qəza oldu – Ölən var

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ Apa-ya istinadən xəbər verir ki, sərnişin avtobusu “Ford” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



