Məhəmməd Əli Ərbil 6-cı arvadını da boşayır

Türkiyənin məşhur aktyoru Məhəmməd Əli Ərbil 6-cı həyat yoldaşı Gulseren Ceylan ilə boşanır. Şoumen hüquqi proseduru başlatmaq üçün vəkili Şeyda Yıldırıma təlimat verib.
AZERFAX.AZ yerli mediaya istinadla xəbər verir ki, Ərbilin vəkili müvəkkilinin boşanması üçün gələn həftənin birinci günü məhkəməyə müraciət edəcək. Tərəflərin bununla baglı öz aralarında razılığa gəldikləri bildirilir.
Türkiyə KİV-i cütlüyün boşanmasının səbəbini açıqlayıb. Məlum olub ki, Ərbilin “İndiyə kimi ailəli olduğum bütün xanımları aldatmışam. Onlardan birinə çox haqsızlıq etdim. Gərək onunla bosanmayaydım” sözləri Gulserenin xətrinə dəyib. Bu açıqlamadan sonra evi tərk edən qadın bir daha geri qayıtmayıb. Xanımını yola gətirməyə müvəffəq ola bilməyən aktyor onunla yollarını ayırmağa qərar verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



