Ölkə
Şeyma Subaşı barədə həbs qərarı

Türkiyədə narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılan tanınmış şəxslərin sayı artıb.
AZERFAX.AZ xəbər verir ki, sosial media fenomeni Şeyma Subaşının da həbs edilməsinə qərar verilib. Bu barədə İstanbul Prokurorluğunda aparılan araşdırmadan sonra qərar qəbul olunub.
Xaricdə olduğu üçün polis Subaşını həbs edə bilməyib. Onun Türkiyəyə qayıdanda həbs ediləcəyi bildirilir.
Şeyma Subaşı haqqında verilən həbs qərarına münasibət bildirməyib. Fenomen deyib ki, İstanbula dönəndən sonra bu barədə geniş açıqlama verəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



