Ölkə
“Fənərbaxça”nın prezidentinə narkotik ittihamı

Türkiyənin Habertürk televiziyasının baş redaktoru Mehmet Akif Ersoyun narkotik ittihamı ilə saxlanılmasından sonra bir neçə məşhur şəxs də istintaqa cəlb olunub.
AZERFAX.AZ xəbər verir ki, bu gün İstanbul prokurorluğu “Fənərbaxça” futbol klubunun başqanı Sadettin Saranın da ifadəsinin alınması barədə qərar qəbul edib. O, şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Hazırda İtaliyada olan Sadettin Saran bu gecə Türkiyəyə dönəcək. O, “hamının yanında üzüm ağdır. Vətənə dönüb ifadəni verəcəm”, – deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



